Sabunçuda binada yanğın baş verib

Bakının Sabunçu rayonunda fəaliyyət göstərməyən beşmərtəbəli inzibati binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, ümumi sahəsi 900 m2 olan 1-ci mərtəbəsində otaqların döşəməsi 71 m2 sahədə və 2-ci mərtəbədə yaşayış üçün nəzərdə tutulmuş sahəsi 160 m2 olan mənzillərin yanar konstruksiyaları 5 m2 sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR