Bakıda “WaltDisney”in məşhur cizgi filminin motivləri əsasında şou göstəriləcək

Bakıda “WaltDisney”in məşhur cizgi filminin motivləri əsasında şou göstəriləcək
19:50 8 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar İmanov – Trend:

Bakıda ilk dəfə olaraq “WaltDisney” şirkətinin məşhur cizgi filminin motivləri əsasında “Soyuq ürək” adlı şou göstəriləcək. Şou bütün ailə üzvləri üçün nəzərdə tutulub.

Trend-in məlumatına görə, heyrətamiz tamaşa 12 noyabrda Heydər Əliyev Sarayında nümayiş etdiriləcək. Tamaşada “Made in Odessa” Prodüser Mərkəzinin (Ukrayna) teatrının aktyorları iştirak edəcəklər.

Balacalar və valideynlər üçün nəzərdə tutulmuş inanılmaz tamaşa "WaltDisney" şirkətinin tarixi ərzində kassa yığımı ən yüksək olan və bütün dünya uşaqlarının ən sevimli "Soyuq ürək" cizgi filminin motivləri əsasında hazırlanıb. Cizgi filmi H. K. Andersenin "Qar kraliçası" əsərinə əsaslanır.

Bu, bütün krallığı ölkə əhalisini əbədi qışa məhkum etmiş Qar kraliçasından xilas etmək şansı əldə edən Anna adlı qızın əhvalatıdır. Qədim zamanların dəhşətli lənəti gerçəkləşdi - krallıq ağ ədyal kimi qara büründü, torpaq isə daimi buzlaqla örtüldü. Bu xoşagəlməz hadisələr azmış kimi Annanın bacısı Elzanı oğurladılar. Füsunkar krallığa və onun bütün sakinlərinə yalnız Elza kömək edə bilərdi.

Bacısını şər qüvvələrin əllərindən azad etmək üçün Anna qorxmaz alpinist Kristof, onun maralı Sven, habelə mehriban qar adamı Olafla birlikdə Elzanı tapmaq, buz lənətini dağıtmaq və ona əziz olanları xilas etmək məqsədi ilə şaxta və çovğunlar arasından uzaq və təhlükəli səyahətə çıxır. Dostları çoxlu sınaqlar və həyəcanlandırıcı macəralar gözləyir. Qoçaqlar komandasını sirli divlər və bir çox digər personajlar qarşılayır, onlardan bəziləri qəhrəmanlara kömək edəcək, başqaları isə əksinə, xeyirxah məqsədə çatmağa hər vəchlə mane olacaqlar. Qəhrəmanları heyrətamiz sürprizlər gözləyir, cadugərlik isə hər bir qar dənəcəyində qarşıya çıxacaq.

Tamaşaya gələcək hər bir uşaq Erendell krallığında macəraların iştirakçısı ola və ab-havanı hiss edə, çox gözəl cizgi filminin sevimli qəhrəmanları ilə tanış ola biləcək. Balaca qonaqlar şəhərin gözəl sarayına gələn kimi bayram başlayacaq. Sarayın təmtəraqlı naxışları, gözəl yolka ürəkləri fəth etməyə və unudulmaz anlarla görüşə yollanmağa kömək edəcək. Tamaşaya gələcək qonaqlar bayram ab-havasını yaşaya, müxtəlif oyunlarda, əyləncələrdə iştirak edə və dövrə vuraraq rəqs edə biləcəklər. Tamaşaçılar nağıl qəhrəmanları ilə birlikdə şən şaradalar həll edəcəklər və “Soyuq ürək” tamaşasının qəhrəmanlarına çətin vəziyyətlərdən necə çıxmağı öyrədəcəklər. Macəralardan sonra uşaqları heyrətamiz Yeni il macəralarının bütün qəhrəmanları ilə birlikdə fotosessiya gözləyir.

Uşağınıza əsl nağıl bəxş edin: əyləncəli alov və sabun köpüyü şousu, başgicəlləndirici akrobatik tryuklar, qeyri-adi dekorasiyalar və parlaq geyimlər, möhtəşəm musiqi, müasir xoreoqrafiya - bütün bunları 30-dan çox ən yaxşı artist nümayiş etdirəcək! Tamaşaçılara cizgi filminin birinci hissəsinə düşməyən hadisələri göstəriləcək! Əziz valideynlər, uşaqlarınıza nağıl bəxş edin!

Evdən və ya iş yerindən çıxmadan https://iticket.az/events/kholodnoye-serdce. saytına daxil olaraq tamaşaya bilet əldə etmək mümkün olacaq.

Pulsuz çatdırılma üçün - (077) 600 00 60

Bilet sifarişi və əlavə məlumat üçün - (050)3549054

Biletin qiyməti – 5 manatdan 49 manatadək

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2764496.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR