İngiltərə və Venesuela yığmaları həlledici görüşə vəsiqə qazanıb

İngiltərə və Venesuela yığmaları həlledici görüşə vəsiqə qazanıb
19:57 8 İyun 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 iyun. REPORT.AZ/ Cənubi Koreyada 20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatının finalçıları müəyyənləşib. 
“Report”un məlumatına görə, bu gün baş tutan yarımfinal qarşılaşmalarından sonra İngiltərə və Venesuela yığmaları həlledici görüşə vəsiqə qazanıb.
İngiltərə yarımfinalda İtaliyanı 3:1 hesabı ilə məğlub etdiyi halda, Venesuela Uruqvayı penaltilər seriyasında üstələyib – 4:3 (əsas vaxt 1:1).
Qeyd edək ki, iyunun 11-də keçiriləcək final qarşılaşması Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-ngiltere-ve-venesuela-yigmalari-helledici-goruse-vesiqe-qazanib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR