Bakı-Tbilisi-Qars dəmir yolu nə vaxt açılacaq? - AÇIQLAMA

Bakı-Tbilisi-Qars dəmir yolu nə vaxt açılacaq? - AÇIQLAMA
20:05 8 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı-Tbilisi-Qars dəmir yolunun açılacağı dəqiq tarix məlum deyil.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Türkiyənin Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, hazırda dəmir yolunun açılış tarixi razılaşdırılır.

Açılış mərasimində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirak edəcəyi istisna olunmur.

Qeyd edək ki, daha əvvəl Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan bildirmişdi ki, BTQ dəmir yolu bu ilin iyun ayının sonlarında istifadəyə veriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/552576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR