Çernobılda ilk hostel açıldı

Çernobılda ilk hostel açıldı
20:12 8 İyun 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Çernobıl Atom Elektrik Stansiyasının qapalı zona elan edilməsindən və nəzarət-buraxılış rejiminin tətbiqindən sonra ilk dəfə olaraq şəhərdə hostel tikilib.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Agentliyi məlumat yayıb.

100 insana xidmət göstərə biləcək "Polesye" hosteli Çernobılın mərkəzində yerləşən Kirov küçəsində - qəzanın episentrindən 25 dəqiqəlik məsafədə yerləşir.

Hosteldə hər birində pulsuz internet, plazma televizorlar, hamam və ayaqyolu olan bir və iki yerlik otaqlar var.

Lakin bu nömrələrdə bir günlük yerləşdirmə tarifləri haqqında heç bir məlumat verilmir. Amma məlumdur ki, daha əvvəl 500 dollara Çindən ekstremal istirahət həvəskarlarına qapalı zonaya helikopter ekskursiyaları və avtobus turlarının təşkili təklif edilirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/552421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR