Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Sabah Bakının Yasamal və Xətai rayonlarının qaz təchizatında məhdudiyyət olacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən (İB) bildirilib:

Abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, yeni çəkilmiş 500 mm-lik polietilen qaz xəttinin mövcud qaz xəttinə qoşulması və orta təzyiqli qaz xətti üzərində quraşdırılmış RDUK-200 tipli qaz tənzimləyici qurğunun yenisi ilə əvəzlənməsi ilə əlaqədar iyunun 9-da saat 09:00-dan işlər yekunlaşanadək nəzərdə tutulmuş təmir işləri aparılacaq.

Görülən işlər zamanı Yasamal və Xətai rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR