1 avroya bank satıldı

1 avroya bank satıldı
20:42 8 İyun 2017
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Banco Santander" bankı öz rəqibi "Banco Popular Espanol"u 1 avroya alıb. 

Milli.Az report.az-a istinadən bildirir ki, "Banco Popular Espanol" son vaxtlar likvidlik problemi ilə üzləşib və onun səhmləri kəskin ucuzlaşıb. 

Bankın problemlərinin həll olunması üçün "Banco Santander" ona 7 mlrd. avro pul qoymalı olacaq. Bununla belə, problemli bankın səhmdarları və onun istiqrazlarının sahibləri 3,3 mlrd. avro zərərlə üzləşəcək.

Qeyd edək ki, "Banco Popular Espanol"un satışı ilk dəfə ölkənin bank sisteminə ən minimal təsirlə ötüşəcək və vergi ödəyicilərinə heç bir zərər verməyəcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/552497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR