Bakı-Tbilisi-Qars dəmir yolu - Nə vaxt açılacaq?

Bakı-Tbilisi-Qars dəmir yolu - Nə vaxt açılacaq?
20:53 8 İyun 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Tbilisi-Qars dəmir yolunun açılacağı dəqiq tarix məlum deyil.

Publika.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, hazırda dəmir yolunun açılış tarixi razılaşdırılır.

Açılış mərasimində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirak edəcəyi istisna olunmur.

Qeyd edək ki, daha əvvəl Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan bildirmişdi ki, BTQ dəmir yolu bu ilin iyun ayının sonlarında istifadəyə veriləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/201874.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR