Bakıda yaydır, lakin Yeni il barədə düşünməyin vaxtıdır

Bakıda yaydır, lakin Yeni il barədə düşünməyin vaxtıdır
20:55 8 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar İmanov - Trend:

Yeni il hətta ən mümkünsüz hadisələrin baş verə biləcəyi, möcüzələrin gerçək olduğu, nağılın isə həqiqətən inanıldığı halda canlandığı vaxtdır.

“Barboskinlər və ya Kitab rəfinin sirri” tamaşasında Barboskinlərin ailəsini bu dəfə növbəti həyacanlandırıcı və əyləncəli səyahət gözləyir.

Baba Barboskin nəvələrinə Yeni il hədiyyəsi hazırlayır – Sehrli nağıllar kitabı, uşaqların kitabı tamamilə unutması onu narahat edir, axı indi onlar üçün kompüter, noutbuk, planşet, telefonlar və qərq olduqları bütün bu virtual dünya onlar üçün daha çox maraqlıdır.

Qəddar Plesen və Pautina nağıllar kitabını məhv etməyə çalışırlar. Məlum olur ki, onların öz planları var. Onlar bütün kitabları birdəfəlik məhv etməyə, nağıllar aləminin tamhüquqlu sahibləri olmağa və qarşıdan gələn Yeni ili Mədəniyyətsiz ili elan etməyə hazırlaşırlar.

Barboskinlər başa düşürlər ki, bütün bədbəxtlik uşaqların nağıl personajların mövcudluğuna daha inanmamalarındadır. Qalan kitabları xilas etmək nağıllar üzrə səyahətə yollanırlar, onların qəhrəmanlarını uşaqlara görünməyə və öz gerçəkliklərini sübut etməyə inandırmağa çalışırlar.

Tamaşanın finalında bütün qəhrəmanlar toplaşan zaman Plesen zaldakı uşaqları razı salmağa çalışır ki, bu nağıl qəhrəmanları müasir qacetlərdən fərqli olaraq həqiqi deyillər. Lakin uşaqlar Barboskinlərlə birlikdə düzgün seçmək etmək iqtidarındadırlar. Axı onlara nə lazımdır – bütün qəlbləri ilə nağıla inanmaq.

Uşaqların möcüzəyə inamı sehrli xüsusiyyətləri nağıl personajlarına qaytarır. Plesen və Pautina məğlub olurlar, daha kitab rəfində onlara yer yoxdur.

Həyəcanlandırıcı süjetlər, kreativ dekorativ konstruksiyalar, orijinal musiqi tərtibləri, xoreoqrafik və sirk nömrələri bu tamaşanı əsl Yeni il hədiyyəsi edəcək.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2764508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR