Duz səpilmiş 1 dilim yaşıl alma...

Duz səpilmiş 1 dilim yaşıl alma...
21:12 8 İyun 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər baş ağrısında dərmana əl atmayın. Ağrıların bir çox səbəbi olduğunu deyən mütəxəssislər təbii üsullar təklif edir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, səhərlər başı ağrıyanlara ac qarnına duz səpilmiş bir dilim yaşıl alma yeməklərini təklif edən mütəxəssislər, digər tövsiyələrini belə sıralayır: "İnsanların sağlamlığına ən çox ziyan vuran şeylərdən biri həddindən artıq ağrıkəsici dərman istifadə etmələridir. Bunun qarşısını təbii yollarla almaq mümkündür. Məsələn, səhər başı ağrıyanlar bir dilim duz səpilmiş yaşıl alma yesinlər. Bağırsaqlarda narahatlıq səbəbiylə ortaya çıxan ağrıya qarşı, isti limonlu su içə bilərsiniz.
Həmçinin maye itkisi də baş ağrısına səbəb olur. Bunun üçün gündə ən azı 2 litr su içmək lazımdır.
Soyuqdəymə və qrip mənbəli ağrılara qarşı zəncəfil çayı əsl dərmandır. Darçınlı süd də ağrı kəsici vəzifəsi daşıyır. Stressdən başı ağrıyanlar ballı nanə çayı içə və ya nanə yağı ilə baş və boyun bölgəsini ova bilər.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR