Ağsuda narkotik plantasiyası aşkarlandı - VİDEO

Ağsuda narkotik plantasiyası aşkarlandı - VİDEO
21:12 8 İyun 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş rayonunda qanunsuz narkotik bitkilər yetişdirən və evində silah-sursat saxlayan şəxs saxlanılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Pirəzə kənd sakini, 25 yaşlı Quliyev Xəyal Qürbət oğlunun həyətindən xüsusi üsulla yetişdirilmiş narkotik bitkilər tapılıb. Polis əməkdaşları narkotik plantasiyasına baxış keçirərkən oradan ümumi çəkisi 996 kiloqram, hündürlüyü 4 metr olan 512 ədəd çətənə bitkisi aşkar edib.
Əməliyyat zamanı Xəyal Quliyevin evinə baxış keçirilərkən oradan qanunsuz saxlanılan ov tüfəngi və "Winçester" markalı tüfəng, patronlar eləcə də avtomat güllələri, beşbarmaq və qurudulmuş marixuana aşkar edilərək götürülüb. Xəyal Quliyev tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Ağsuda narkotik plantasiyası aşkarlandı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/552588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR