Ramazan ayında şeytanı zəncirə vuran – oruc, zikr və ibadətdir

Ramazan ayında şeytanı zəncirə vuran – oruc, zikr və ibadətdir
21:42 8 İyun 2017
227 Ölkə
Ölkə mətbuatı
A- A+

Ramazan ayı ibadət ayıdır və o yerdə ki, Allaha ibadət olunar, şeytan həmin yerdən qaçar.

Şeytanın zəncirə vurulması bu mənada deyildir ki, insan çoxlu günaha düçar ola bilər. Sonra da deyər ki, əgər şeytanın əl və ayaqları bağlıdırsa, bəs niyə bu günahı yerinə yetirmişəm? Mübarək Ramazan ayı elə bir zamandır ki, insanların əksər hissəsi oruc olurlar. Oruc, ibadət, dua şeytanı insandan uzaqlaşdırar.
 
O zikrdə ki, Allah yada salınar, şeytanı uzaqlaşdırar. Belə ki, Həzrət İbrahim (ə) bir "Allahu Əkbər" zikri ilə bütxanadakı bütləri sındırır. Ona görə də Ramazan ayında möminlərin zikri də şeytanı uzaqlaşdırar. Xüsusilə də əgər ixlasla olarsa.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, mömin əgər Allahı davamlı olaraq zikr edərsə, şeytan ona nüfuz edə bilməz. Necə ki, su ilə od bir-birinə uyğunlaşa bilməz, Allahın zikri də şeytan vəsvəsələr ilə təzadda olar.
 
Oruc sanki şeytanı sındırar və məğlub edər. Ona görə də əgər hədislərimiz deyirsə ki, şeytanı zəncirə vurarlar, o mənada deyilir ki, Allah bəndələri bu ayda daha çox ibadət və zikr edərlər. Ona görə də qovulmuş şeytan üçün yer qalmaz.
 
Hər nə qədər Allahı çox yada salsanız, şeytan sizdən bir o qədər çox uzaq olacaqdır. Ariflər bəzən deyir ki, şeytan istirahətə çıxıbdır. Yəni, insanların əksər hissəsi şeytana bənzədikləri üçün artıq şeytana iş görmək üçün fürsət qalmır. İnsan o zaman şeytana bənzəyir ki, vacib əməlləri tərk edir və harama can atır.
 
Beləliklə deyə bilərik ki, Ramazan elə bir mübarək aydır ki, Allah bəndələri Ona üz çevirər və ibadət edərlər. Oruc tutar, namaz qılar, zikr edər və dua edərlər. Bu ay bəndənin Allaha yaxınlaşma ayıdır. Ona görə də bu ay şeytanın vəsvəsələrinin azaldığı aydır. İnsan hər nə qədər Allaha daha çox yaxınlaşarsa, şeytandan bir o qədər uzaqlaşar. Allah bəndəsi gərək başqa aylarda da şeytanı özündən bu cür uzaqlaşdırmağı bacarsın. Allah Təalanın Kəbəsini başqa aylarda da bu cür təvaf etsin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR