Ramazana qərq olmuş şəhid

Ramazana qərq olmuş şəhid
21:52 8 İyun 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəhid Hüseynrza haqqında dostlarından biri nəql edir: "Məğrib azanına yaxın şəhidin atasının evinə getdim. Bu zaman müəzzin ürəkləri oxşayan səsi ilə azan deyirdi. Namazı əda etdikdən sonra iftarımızı bir yerdə açdıq və mən şəhid atasına dedim:

- Atacan! İstəyirəm ki, şəhid oğlun haqqında bizə danışasan.
Ağzına xurma qoyub şirin ləhcə ilə dedi:
- Bilirsiniz, şəhid oğlumun əhvalatı qəribə bir əhvalatdır və ruzigarın sirlərindəndir.
Bu söz marağımı daha da artırdı. Dedim:
- Atacan! Şəhid oğlunun qəribə əhvalatı nədir ki?
İftarını edərək, başını qaldırdı və gözü uzaq bir nöqtəyə dikilidi. Dedi:
- Bir qədər səbir et, sənə danışacağam.
Bir qədər susdu və sonra davam etdi:
- Təxminən 30 il bundan əvvəl 1344-cü ildə bugünkü kimi Ramazan ayında qərar tutduğumuz zaman, İmam Həsən Müctəbanın (ə) mövlud günündə Allah Təala bu oğlanı mənə və anasına hədiyyə etdi. Qardaşnın adı Həsənrza idi və ona görə də onun adını Hüseynrza qoydum. Bizim soy adımız Ramazan olduğu üçün oldu: Hüseynrza Ramazan. Hüseynrzanın 13 yaşı olanda, yəni Həzrət Qasim yaşında olanda İslam inqilabı qalib gəldi.
Müharibə başlayan zaman yaşı az olmasına baxmayaraq, öz meyli və mənim icazəmlə cəbhəyə getdi. Nifaq əhlinə qarşı vuruşmağa başladı. 1361-ci ildə mübarək Ramazan ayında Ramazan adlı əməliyyatda şəhid oldu. İndi ki, şəhadətindən 13 il keçir, onun cəsədini bizə Ramazan ayında göndərdilər.
Bəli, həqiqətən də bu şəhidin əhvalatı insanı düşünməyə vadar edir. Şəhid atasının sözü bitəndən sonra yaddaş dəftərimə yazdım: Bu şəhid ailəsi Ramazana qərq olmuşdur.
Adı: Hüseynrza.
Soy adı: Ramazan.
Atasının adı: Ramazan.
Doğum tarixi: 1344-ci ilin Ramazan ayı.
Şəhadət tarixi: 1361-ci ilin Ramazan ayı.
Şəhadət yeri: Ramazan əməliyyatı.
Ölkəyə qayıtma tarixi: 1374-cü ilin Ramazan ayı". (Həvzəh)
Allah Təala cəmi şəhidləri Kərbəla şəhidləri ilə məhşur etsin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR