İşğal altındakı yanğınların yaşayış məntəqələrimizə təhlükəsi varmı? - RƏSMİ CAVAB

İşğal altındakı yanğınların yaşayış məntəqələrimizə təhlükəsi varmı? - RƏSMİ CAVAB
21:57 8 İyun 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Erməni hərbi birləşmələrinin Ağdam rayonunun işğal altında olan ərazilərində yanğın törətmələri adi haldır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.

İcra başçısı bildirib ki, ermənilər hər il yay mövsümündə işğal altındakı ərazilərə od vururlar:

"Bu, hər il təkrarlanır. İşğal altındakı ərazilərdə quru ot, kol-kosları hər il yandırıb sensasiya yaratmaq istəyirlər. Bu il də həmin əraziləri yandırırlar. Bizdə olan ərazilər tam nəzarət altındadır. Yanğının bizim nəzarətimiz altında olan ərazilərə, yaşayış məntəqələrinə keçmək təhlükəsi yoxdur. Azərbaycan Silahlı Qüvvələri əraziləri tam nəzarətdə saxlayırlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/552602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR