Dua etmək üçün ən yaxşı vaxt günün hansı hissəsidir?

Dua etmək üçün ən yaxşı vaxt günün hansı hissəsidir?
22:17 8 İyun 2017
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Qeyd edək ki, duanı hər zaman və hər şəraitdə etmək olar. Ümumiyyətlə, günün konkret olaraq hansı saatında duaların qəbul edildiyini bilmək çətindir.

Milli.Az islam.az-a istinadən bildirir ki, amma bəzi vaxtlarda edilən duaların qəbul olduğunu bildirən hədislər vardır. Dua etmək üçün ən uyğun zamanlardan biri səhər çağı sayılır. Hədislərdə də buna işarələr vardır. İmam Cəfər Sadiqdən (ə) rəvayət edilir ki, Peyğəmbər (s) belə buyurmuşdur: "İzzət və cəlal sahibi olan Allaha dua etməyiniz üçün ən yaxşı vaxt səhər çağıdır". Sonra Peyğəmbər (s) Həzrət Yəqubun (ə) dilindən bu ayəni oxudu: "Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm" (Yusuf, 98). Peyğəmbər (s) buyurdu: "Həzrət Yəqub öz oğullarının haqqında istiğfar etməyi səhərə kimi təxirə saldı" (Üsul əl-Kafi, 2-ci cild, səh. 477). Sübh namazından sonra Günəş çıxana kimi müstəhəb namaz qılıb dua etmək, Quran oxumaq və dünya işlərindən ötrü danışmamaq müstəhəbdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR