Cənubi Sudanda avtomobil karvanı atəşə tutulub, 15 nəfər ölüb

Cənubi Sudanda avtomobil karvanı atəşə tutulub, 15 nəfər ölüb
22:32 8 İyun 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 iyun. REPORT.AZ/ Cənubi Sudanda yol ilə hərəkətdə olan nəqliyyat vasitələri silahlı dəstənin hücumuna məruz qalıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hücum Moli kəndi yaxınlığında baş verib.
Qeyd olunur ki, atəşə iki mülki və bir hərbi nəqliyyat vasitəsi məruz qalıb.
Nəticədə 15 nəfər həlak olub. Daha 9 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Afrika ölkəsinin hökuməti insidentin araşdırılması ilə məşğul olur.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cenubi-sudanda-avtomobil-karvani-atese-tutulub-15-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR