“Dinamo” klubunun keçmiş baş məşqçisi vəfat edib - FOTO

“Dinamo” klubunun keçmiş baş məşqçisi vəfat edib - FOTO
22:47 8 İyun 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Tbilisinin "Dinamo" futbol klubunun 1994-1995-ci illərdə baş məşqçisi olmuş Serqo Kutivadze 73 yaşında vəfat edib.

Milli.Az "Report"a istinadən bildirir ki,o, uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Serqo Kutivadze peşəkar futbolçu karyerasına 1962-1966-cı illərdə Kutaisinin "Torpedo" klunda çıxışı ilə başlayıb. 1967-ci ildən futbolçu karyerası başa çatanadək, yəni 1973-cü ilədək Tbilisinin "Dinamo" komandasında oynayıb. Keçmiş SSRİ-nin yığma komandasında bir dəfə 1965-ci ildə o vaxtkı Yuqoslaviyaya qarşı oyunda çıxış edib.
1974-1984-cü illərdə "Dinamo"nun məşqçisi Nodar Axalkatsinin köməkçisi olub. O, 1982-c ildə bu klubla birlikdə UEFA Kuboklar Kubokunu qazanmağın sevincini yaşayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/552610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR