Putin: " ABŞ-ın siyasəti kimin prezident seçilməsindən asılı olmayaraq dəyişilməz qalır"

Putin: " ABŞ-ın siyasəti kimin prezident seçilməsindən asılı olmayaraq dəyişilməz qalır"
22:57 8 İyun 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 iyun. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Amerika kinorejissoru Oliver Stouna müsahibəsində bildirib ki, ABŞ-ın siyasəti ölkədə kimin prezident seçilməsindən asılı olmayaraq, dəyişilməz qalır.
"Report" xəbər verir ki, "The Putin Interviews" sənədli filminin bir hissəsi "Showtime" telekanalının "YouTube" kanalında yerləşdirilib.
"Maraqlı olan budur ki, sizin ölkədə prezidentlər dəyişir, siyasət isə yox", — deyə Putin bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya ABŞ-ın müstəqillik uğrunda mübarizəsini dəstəkləyib, hər iki dövlət I və II dünya müharibələrində müttəfiq olublar. O qeyd edib ki, hazırda Rusiya və ABŞ üçün beynəlxalq terrorçuluq, bütün dünya üzrə yoxsulluqla mübarizə, bütün bəşəriyyət üçün təhlükə kəsb edən ətraf mühitin pisləşməsi ilə əlaqədar ümumi təhlükə var.
"Ən nəhayət biz o qədər silah yığmışıq ki, bu, artıq bütün dünya üçün təhlükəyə çevrilib. Bu barədə düşünməyin bizə bir maneəçiliyi olmazdı. Üzərində işləməli olduğumuz şeylər var", - deyə Putin bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/putin-abs-in-siyaseti-kimin-prezident-secilmesinden-asili-olmayaraq-deyisilmez-qalir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR