Beyləqanda traktor yanıb

Beyləqanda yanğın hadisəsi qeydə alınıb.

FHN-nin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, rayonun Şəfəq qəsəbəsində vətəndaşa məxsus “Belarus” markalı traktorun qoşqusunun yanar konstruksiyaları, qoşquya yığılmış 4 ton ot bağlamasının 2 tonu, yol kənarında olan telefon dirəyi və telefon kabeli 50 p.m. yanıb. Traktor və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR