Soyuq su da bakteriya öldürür

Soyuq su da bakteriya öldürür
23:17 8 İyun 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-dakı Ratgers Universitetinin apardığı bir araşdırma, əlləri soyuq suyla yumağın isti su ilə yumaq qədər təsirli olduğunu müəyyən etdi.

Uzun müddətdir ki, bakteriya müxtəlifliyi üzərində işləyən elm adamları, əlləri yuyarkən suyun dərəcəsinin bir əhəmiyyəti olmadığını vurğulayıb.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, araşdırmaçılar mövzu barəsində ətraflı məlumat verdilər: "İsti suyun bakteriyaları öldürdüyünü bilirdik. Ancaq soyuq su ilə əlləri yumaq da eyni təsiri yaradır və bakteriyaları öldürür."
 
Antibakterial sabunun da normal bir sabundan heç bir fərqi olmadığını bildirən araşdırma qrupunun rəhbəri professor Donald Şaffner ətraflı məlumat verdi: "Normal sabun və ya antibakterial sabun, ikisini də ən az 10 saniyə ərzində əlinizə yaxşıca sürtün. Nəticə eynidir. Bu səbəbdən, bakteriyanı məhv etməkdə həm soyuq sudan, həm də normal sabundan istifadə edə bilərsiniz".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR