BƏƏ Qətərdən gələn bütün təyyarələr üçün hava məkanını bağlayıb

BƏƏ Qətərdən gələn bütün təyyarələr üçün hava məkanını bağlayıb
23:37 8 İyun 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 iyun. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirlikləri Yaxın Şərqdə yaranmış diplomatik böhran fonunda Qətərdən gələn və bu ölkəyə uçan bütün təyyarələr üçün hava məkanını bağlayıb.
"Report" xəbər verir ki, bu barədə "The National" nəşri yazıb.
BƏƏ-nin Mülki Aviasiya İdarəsi Doha hava limanına xidmət edən bütün beynəlxalq reyslərə xidmətin qadağan olunduğunu elan edib. Bundan əlavə, BƏƏ hökuməti "Qatar Airways"in saytına girişi əngəlləyib.
İyunun 7-də "Sky News Arabia" telekanalı BƏƏ-nin "Qatar Airways"in ölkə ərazisindəki bütün ofislərini bağladığını məlumat verib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bee-qeterden-gelen-butun-teyyareler-ucun-hava-mekanini-baglayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR