Qətər Əmiri Trampın dəvətini rədd etdi

Qətər Əmiri Trampın dəvətini rədd etdi
00:12 9 İyun 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Qətər əmiri şeyx Təmim bin Həməd əl-Tani ABŞ prezidenti Donald Trampın Vaşinqtona dəvətini rədd edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Əmir Qətərin blokadada olduğu müddət ərzində ölkəni tərk etməyi planlaşdırmadığını bəyan edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/552628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR