Donnarummanın meneceri müştərisini "Real"a təklif edib

"Milan"ın qolkiperi Canluici Donnarummanın meneceri Mino Rayola müştərisini "Real"a təklif edib.

Metbuat.az "Mediaset Premium"a istinadən bildirir ki, Madrid klubu Keylor Navasa güvənmək niyyətindədir. Bu səbəbdən Donnarummanın keçidi sual altındadır.

18 yaşlı qapıçının "Milan"la olan müqaviləsinin bitməsinə bir il qalıb. Tərəflər yeni sazişin şərtlərini razılaşdıra bilmirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR