Amerika futbolunun tanınmış siması çayda ölü tapılıb

Amerika futbolunun tanınmış siması çayda ölü tapılıb
00:47 9 İyun 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ ABŞ polisi Milli Futbol Liqasının oyunçusu Ceyms Hardinin ölümünün səbəblərini araşdırır.
"Report" xəbər verir ki, bu barədə "Rolling Stone" nəşri məlumat yayıb.
Jurnalistlərin sözlərinə görə, idmançının meyiti İndiana ştatının Fort-Ueyn şəhərindən keçən Momi çayından tapılıb. Qeyd olunur ki, sabiq futbolçu bir neçə həftə əvvəl itkin düşüb.
O, "Baltimor Reyvens", "Nyu-İnqlend Petriots" və İndiana Universiteti komandalarında çıxışları ilə məşhurdur.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/amerika-futbolunun-taninmis-simasi-cayda-olu-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR