Bu gündən magistraturaya ixtisas seçimi başlayır

Bu gündən magistraturaya ixtisas seçimi başlayır
00:48 9 İyun 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gündən magistratura səviyyəsinə qəbul imtahanlarının müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçimini yerinə yetirə bilərlər.

Publika.az xəbər verir ki, seçimlər iyunun 19-dək internet vasitəsilə davam edəcək.

Xatırladaq ki, müsabiqəyə yalnız ixtisaslaşma seçimini edərək təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Qeyd edək ki, DİM-in 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına iyunun 4-də keçirilən qəbul imtahanının ikinci mərhələsinin nəticələrinə görə imtahanda 9 503 bakalavr iştirak edib. 19 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/201892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR