Dənizkənarı Milli Parkda intihar hadisəsi baş verib

Dənizkənarı Milli Parkda kişi intihar edib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, nazirliyin Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb edilmiş və şəxsiyyəti məlum olmayan 1 nəfər kişinin cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR