Azərbaycanda ovçulara 220 min manat cərimə

Azərbaycanda ovçulara 220 min manat cərimə
11:29 8 Yanvar 2015
131 Sosial
Ölkə mətbuatı
A- A+

“2014-cü ildə respublika ərazisində qanunsuz ov edilməsi ilə bağlı ümumilikdə 270 nəfər saxlanılıb”. Bunu Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev deyib.




Onun sözlərinə görə, həmin şəxslərdən 255 ədəd od tüfəngi, 1300 ədəd patron götürülüb:

“Həmin şəxslər qanunvericiliyə uyğun qaydada onlara İnzibati Xətalar Məcəlləsinin 111.2 maddəsinə əsasən 220 min manat məbləğində inzibati qaydada cərimə olunub və 50 nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün rayon polis şöbələrinə məlumat verilib. Onların şəxsiyyəti müəyyənləşdirildikdən sonra, həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189734

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR