Xruşovun nəvəsi qatarın altında qalaraq ölüb

Xruşovun nəvəsi qatarın altında qalaraq ölüb
01:47 9 İyun 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Moskvada Nikita Xruşovun nəvəsi elektrik qatarının altında qalaraq faciəvi şəkildə ölüb.
"Report" xəbər verir ki, bu barədə mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.
Məlumata görə, 77 yaşlı Yuliya Xruşova səhər saatlarında "Miçurinets" platformasında Vnukovo-Moskva qatarının altında qalıb.
İlkin məlumatlara görə, qadın aldığı xəsarətlərdən yerində ölüb.
Nikita Xruşov Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi olub.

Xəbərin orijinal ünvanı: https://report.az/region/xrusovun-nevesi-qatarin-altinda-qalaraq-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR