Minlərlə “Apple” istifadəçisinin məlumatları oğurlandı

Minlərlə “Apple” istifadəçisinin məlumatları oğurlandı
04:48 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

İnternetdən uzaq duranların başlıca səbəbi heç şübhəsiz təhlükəsizlikdir. Xüsusən də, şəxsi və maliyyə məsələlərində bu təhlükə daha da çox olur. Hakerlərin aktivliyi barədə xəbərlər bu narahatlığı bir az da artırır. Lakin daxildəki hakerlərin olması da bir gerçəklikdir. Bu günlərdə “Apple” şirkətində belə bir hadisə yaşanıb.

Publika.az xəbər verir ki, “Forbes”in siyahısına düşən dünyanın ən dəyərli şirkətlərindən olan “Apple”-də Çindəki bəzi işçilərinin onlara olan etibardan istifadə etdikləri məlum olub. Lakin vəzifələrindən sui-istifadə edib daha çox pul qazanmaq istəkləri uzun çəkməyib.

Üçüncü partiya 22 “Apple” distribüteri “Ayfon” istifadəçilərinin məlumatlarını satdığı iddiası ilə polis tərəfindən saxlanılıb. Şirkət əməkdaşlarının İD və telefon nömrələri kimi önəmli məlumatların 1.5-26 dollar arasında qara bazarda satdıqları məlum olub.

Oğruların satışlardan bu vaxta qədər 7.36 milyon dollar qazandığı bildirilir. Lakin Çindəki qurban sayları hələ ki, tam bəlli deyil.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/201895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR