Qətər əmiri siyasi böhranın həlli üçün Vaşinqtona getməyəcək

Qətər əmiri siyasi böhranın həlli üçün Vaşinqtona getməyəcək
06:47 9 İyun 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Qətər əmiri şeyx Tamim bin Hamad əl Tani ölkəni tərk etmək, eləcə də ABŞ prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona getməyi planlaşdırmır.
"Report" xəbər verir ki, bu barədə Qətər hakimiyyətinin rəsmi nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.
"Əmir ölkə blokadada olduğu müddətcə, Qətəri tərk etməyi planlaşdırmır", - deyə agentliyin mənbəsi bildirib.
Tramp Qətərə və onunla münasibətləri kəsən dövlətlərə fikir ayrılığının yoluna qoyulması istiqamətində köməyini təklif edib. Ağ evin məlumatına görə, Tramp bunu Qətər əmiri ilə telefon söhbətində deyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qeter-emiri-siyasi-bohranin-helli-ucun-vasinqtona-getmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR