Səhər yeməyində fərqli dad: kərə yağlı yumurta

Səhər yeməyində fərqli dad: kərə yağlı yumurta
07:05 9 İyun 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Yumurtanın nə qədər faydalı qida olduğunu bilirik. Mütəxəssislər hər gün səhər yeməyində 1 yumurta yeməyi vacib hesab edir. Amma yumurtanı bu cür bişirib yesəniz, həm sağlam olar, həm də doyumlu, sizi uzun müddət tox tutar. Ona görə də oruc tutanlara bu yeməyi imsakda yemək tövsiyə olunur. Milli.Az ailem.az-a istinadən hazırlanma qaydasını təqdim edir.

Ərzaqlar:
 
2 ədəd yumurta
1/2 yemək qaşığı kərə yağı
1/2 çay qaşığı qırmızı toz bibər
1 çay qaşığı qırmızı pulbibər
1 çay qaşığı quru nanə
Duz

Hazırlanması:
 
Yumurtaları yuyub, kiçik dərin qazanda 7-10 dəqiqə qaynadın. Qaynatdığınız yumurtaların qabıqlarını soyduqdan sonra uzununa iki yerə bölün.
 
Daha sonra kiçik bir tavaya yağ töküb əridin. Üzərinə qırmızı toz bibəri əlavə edib, qarışdırın. Yumurtaların içi alta düşəcək şəkildə tavaya qoyun. Üzərinə duz, nanə və qırmızı pulbibər səpin. 2-3 dəqiqə vam odda bişirin.
 
Nuş olsun!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/551993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR