Ancelina Colinin kabusu reallaşır

Ancelina Colinin kabusu reallaşır
07:32 9 İyun 2017
105 Maraqlı
Ölkə mətbuatı
A- A+

Aktrisa Ancelina Coli Bred Pitlə ailəli olduğu zaman Efiopiyadan övladlığa götürdüyü Zaharanı itirə bilər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Oskar"lı ulduz 12 il əvvəl Zaharanı götürəndə ona qızın anasının QİÇS xəstəliyindən öldüyü deyilib. Lakin bir neçə il əvvəl uşağın bioloji anası ortaya çıxaraq aldadıldığını bildirib.

Ancelina uşağını itirməkdən qorxsa da, Zaharanı yenə də Efiopiyaya aparmağa istəyir. O, fikirləşir ki, qız öz adət-ənənələrini öyrənməlidir. Lakin Zaharanın bioloji anası aktrisanı narahat edir. O, ümid edir ki, uşaq doğma anasını seçməyəcək. Əks təqdirdə qızı Colidən ala bilərlər. Çünki Coli övladlığa götürdüyü zaman sənədləşdirməni etməmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/552442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR