Serialda sevgili olan cütlüyün toyu oldu - FOTO

Serialda sevgili olan cütlüyün toyu oldu - FOTO
07:42 9 İyun 2017
94 Şou
Ölkə mətbuatı
A- A+

"Gotham" serialının ulduzları Morena Bakkarin və Ben Makkenzi evləniblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, əvvəl serialda sevgili olan cütlük iki illik münasibətlərini rəsmiləşdiriblər. Toy ötən cümə Morenanın 38-ci doğum günündə keçirilib. Bruklin botanika bağında təşkil edilən mərasimdən fotolar yayılmayıb. Toyda ancaq ailə üzvləri və dostlar iştirak edib.

2016-cı ilin martın ilk övladları dünyaya gələn cütlük xoşbəxt olduqlarını bildiriblər.

Qeyd edək ki, M.Bakkarin daha əvvəl rejissor Ostin Çiklə ailəli olub. Onun bu evlilikdən üç yaşlı oğlu var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/552422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR