"İnter"ə 110 milyon avro büdcə

"İnter"ə 110 milyon avro büdcə
07:52 9 İyun 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"in yeni baş məşqçisi Luçano Spaletti rəhbərlikdən transferlər üçün sanballı büdcə ayırmağı xahiş edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yayda komandanı möhkəmləndirmək üçün 110 milyon avro büdcə ayrılacaq. Bu vəsaitin həcmi "İnter"in satacağı futbolçular hesabına arta da bilər. "Nerazzurri" Andrea Ranokkia, Stevan Yovetiç, Ever Baneqa, Marselo Brozoviç və Ceyson Murilyonu satmaq fikrindədir. Milan klubu "Financial fair play"ə görə cəza almamaq üçün iyunun 30-a kimi transferlərdən 30 milyon avro qazanmalıdır. Ən ağılabatan ehtimal İvan Perişiçin "Manchester United"ə satılmasıdır. Amma Spaletti xorvatiyalı müdafiəçinin qalmasında maraqlıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/552559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR