Tereza Mey yenidən Parlamentə üzv seçildi

Tereza Mey yenidən Parlamentə üzv seçildi
08:03 9 İyun 2017
29 Dünya
Ölkə mətbuatı
A- A+

Britaniyanın baş naziri Tereza Mey parlamentə yenidən üzv seçilib.

Publika.az "TASS"-a istinadən xəbər verir ki, baş nazir Berkşir qraflığının Meydenhed şəhərində qələbə qazanıb.

Onun namizədliyinə 37 min insan səs verib.

Ondan əvvəl İcmalar Palatasına Britaniyanın xarici işlər naziri Boris Conson, təhsil naziri Castin Qrininq, müdafiə naziri Maykl Fellon, həmçinin leyboristlərin lideri Ceremi Korbin seçilib.

Son məlumatlara görə, müxalifətyönlü Leyboristlər partiyası İcmalar Palatasında 169, baş nazirin Mühafizəkarlar partiyası isə 154 yer qazanmaqdadır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR