Bakıda qaraçılar arasında dava düşüb, 3 qadın yaralanıb

Bakıda qaraçılar arasında dava düşüb, 3 qadın yaralanıb
08:17 9 İyun 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Bakının Suraxanı rayonu ərazisində qaraçı qadınlar arasında kütləvi dava baş verib.
"Report" xəbər verir ki, nəticədə 3 qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Suraxanı qəsəbəsinin Zahid Əliyev küçəsində 1988-ci il təvəllüdlü Mənzərova Nigar Sənan qızı aralarında yaranan mübahisə zəminində şüşə parçası ilə baldızı, 1989-cu il təvəllüdlü Yolçuyeva Aidə Niyaz qızının boğazını kəsib. Onları ayırmağa çalışan qonşu İsmayılova Aidə Bilal qızı isə qolundan kəsik xəsarətləri alıb. Bu zaman davaya müdaxilə edən Yolçuyeva Aidənin həyat yoldaşı qisas məqsədi ilə bacısı Nigarın üz nahiyəsinə bıçaq xəsarəti yetirib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-qaracilar-arasinda-dava-dusub-3-qadin-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR