Nikita Xruşovun nəvəsi Moskvada faciəvi şəkildə ölüb

Nikita Xruşovun nəvəsi Moskvada faciəvi şəkildə ölüb
08:32 9 İyun 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

SSRİ-nin rəhbərlərindən biri olmuş Nikita Xruşovun nəvəsi 1940-cı il təvəllüdlü Yuliya Xruşova Moskvada faciəvi şəkildə ölüb. Milli.Az APA-ya istinadən xəbər verir ki, 77 yaşlı qadın "Solneçnaya" stansiyasında "Vnukovo-Moskva" marşrutu üzrə hərəkət edən elektrik qatarının altına düşərək hadisə yerində keçinib.

İnsidentin təfərrüatları açıqlanmır.  
 
Xruşova Yuliya Leonidovna 1940-cı ildə gələcəkdə SSRİ-nin Sov.İKP MK Baş katibi olacaq Nikita Serqeyeviç Xruşovun oğlu Leonid  Xruşovun ailəsində dünyaya gəlib. Leonid Xruşov itkin düşdükdən sonra Nikita Xruşov nəvəsini övladlığa götürüb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/552638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR