"O, "xüsusi biri" olmağa layiqdir"

"O, "xüsusi biri" olmağa layiqdir"
08:32 9 İyun 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

"Manchester United"in yarımmüdafiəçisi Pol Poqba baş məşqçi Joze Mourinyo haqqında danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı futbolçunun onun "xüsusi biri" (Special one) kimi yad edilməyə layiq olduğunu bildirib.

"Mourinyo qalib ruhuna malikdir, xüsusi bir adamdır. Bəzən esktremal hərəkətlər edir. Məsələn, "Chelsea" ilə oyunda (2:0) bizim taktiki sxemimizi oyuna bir neçə dəqiqə qalmış dəyişdirdi. Biz həmin taktika ilə heç vaxt oynamamışdıq. Amma bu, effektini verdi. Joze klubdakı ilk mövsümündə 3 titul qazandı. O, "xüsusi biri" olmağa layiqdir. O, futbolçularla sıx bağları olan məşqçilərdəndir. Mourinyo hər zaman məni dəstəkləyib və etimad göstərib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/552601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR