Yasamalda bıçaqlanan sərxoş kişi özü xəstəxanaya gedib

Yasamalda bıçaqlanan sərxoş kişi özü xəstəxanaya gedib
08:37 9 İyun 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Milli.Az report.az-a istinadən bildirir ki, 1978-ci il təvəllüdlü Sabirabad rayon sakini Tağıyev Elnur Əvəz oğlu Şərifzadə küçəsindəki "Günəş petrol" yanacaqdoldurma məntəqəsi yaxınlığında tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Hadisə baş verən zaman o, sərxoş vəziyyətdə olub. Kişi yaralı vəziyyətdə taksi tutaraq xəstəxanaya gedib. O, çoxlu qan itirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/552640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR