NASA Marsa 5 qadın və 7 kişi göndərir - VİDEO

NASA Marsa 5 qadın və 7 kişi göndərir - VİDEO
08:48 9 İyun 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

NASA ilk dəfə Marsa göndərəcəyi 12 astronavt haqqında məlumat yayıb. Rəsmi məlumata görə, astronavtlardan 5-i qadındır.

Publika.az xəbər verir ki, bu barədə Hyustonda yerləşən Conson adına Kosmik mərkəzdə keçirilən mərasimdə mərkəz rəhbəri Robert Laytfut məlumat verib. Onun sözlərinə görə, seçilən 12 astronavt Ayın hüdudlarına uçuş edəcək. Onların ilk dəfə olaraq, ən isti planetə - Marsa uçuş etmələri də gözlənilir.

Laytfut bildirib ki, 2017-ci ildə astronavtların seçim turuna rekord sayda müraciət daxil olub. 18353 nəfərin müraciət etməsi ABŞ tarixində görülməmiş bir hadisədir. Bu peşəyə olan maraq ən son 1978-ci ildə müşahidə edilib. Həmin il müraciət edən insanların sayı sadəcə 8 min olub.

Müsabiqədə iştirak üçün ərizələr 2015-ci ilin dekabr ayından 2016-cı ilin fevral ayına qədər davam edib. Müsabiqədə iştirak hüququ mühəndis, biologiya, tibb, kompüter və ya riyaziyyat sahəsində bakalavrın dərəcəsi ABŞ vətəndaşlarına verilirdi. Eyni zamanda ən az min saat uçuş gerçəkləşdirmiş pilotlarda müsabiqəyə ərizə vermək hüququna malik idilər.

Seçilən astronavtlar 2-3 il xüsusi təlim keçdikdən sonra Beynəlxalq Kosmik Stansiyadan Ayın hüdudlarına, daha sonra isə Marsa missiya gerçəkləşdirəcəklər.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201904.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR