DÇ-2018: İsveç Fransaya, Bosniya və Hersoqovina Yunanıstana qarşı

DÇ-2018: İsveç Fransaya, Bosniya və Hersoqovina Yunanıstana qarşı
08:58 9 İyun 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Avropa zonası üzrə VI tura start veriləcək.

“Report”un məlumatına görə, ilk oyun günündə 3 qrupda 9 görüş baş tutacaq.

A qrupunda ilk 2 yerin sahibləri Fransa və İsveç yığmaları üz-üzə gələcəklər. Fransa qalib gəlsə, qrup lideri kimi Rusiyada keçiriləcək final mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edəcək.

Cari seçmə tsikldə Dik Advokatın rəhbərliyi altında ilk rəsmi oyununa çıxacaq Hollandiya millisi autsayder Lüksemburqu qəbul edəcəksə, qrupun daha bir zəif komandası Belarus Bolqarıstanı sınağa çəkəcək.

B qrupunun iddialı komandaları səfərdə zəiflərə qarşı oynayacaqlar. İtkisiz irəliləyən İsveçrə Farer adalarının, son Avropa çempionu Portuqaliya Latviyanın, Macarıstan isə Andorranın qonağı olacaq.

H qrupunda yer alan Bosniya və Herseqovina ilə Yunanıstanın dueli də maraqla gözlənilir. Bu görüşdə heç-heçə qeydə alınsa, lider Belçika səfərdə Estoniyaya qalib gələrək, ən yaxın izləyicisi ilə xal fərqini 4-ə çatdıra bilər. Xalı olmayan Cəbəllütariq isə Kipri qəbul edəcək.

Qeyd edək ki, C qrupunda yer alan Azərbaycan yığması iyunun 10-da Şimali İrlandiya millisini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

DÇ-2018-in seçmə mərhələsi

VI tur

9 iyun

A qrupu

22:45. Belarus – Bolqarıstan

22:45. Hollandiya – Lüksemburq

22:45. İsveç – Fransa

1.

Fransa

5

4

1

0

10:3

13

2.

İsveç

5

3

1

1

10:3

10

3.

Bolqarıstan

5

3

0

2

8:10

9

4.

Hollandiya

5

2

1

2

8:6

7

5.

Belarus

5

0

2

3

2:10

2

6.

Lüksemburq

5

0

1

4

6:12

1

B qrupu

22:45. Andorra – Macarıstan

22:45. Farer Adaları – İsveçrə

22:45. Litva – Portuqaliya

1.

İsveçre

5

5

0

0

10:3

15

2.

Portuqaliya

5

4

0

1

19:3

12

3.

Macarıstan

5

2

1

2

8:6

7

4.

Farer Adaları

5

1

2

2

2:8

5

5.

Litva

5

1

0

4

2:9

3

6.

Andorra

5

0

1

4

1:13

1

H qrupu

22:45. Bosniya və Hersoqovina – Yunanıstan

22:45. Cəbəllütariq – Kipr

22:45. Estoniya – Belçika

1.

Belçika

5

4

1

0

22:2

13

2.

Yunanıstan

5

3

2

0

10:3

11

3.

Bosniya və Herseqovina

5

3

1

1

13:5

10

4.

Kipr

5

1

1

3

3:8

4

5.

Estoniya

5

1

1

3

5:15

4

6.

Cəbəllütariq

5

0

0

5

2:22

0


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/201909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR