ADIF “Atabank” və “CDB Bank”ın birləşməsi ilə bağlı açıqlama yayıb

ADIF “Atabank” və “CDB Bank”ın birləşməsi ilə bağlı açıqlama yayıb
09:27 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) 4 fevral 2015-ci il tarixdən üzv olan “Caspian Development Bank” (“CDB Bank”) ASC “Atabank” ASC-yə qoşularaq yenidən təşkil edildiyi üçün Fonda üzv bankların reyestrindən çıxarılıb və ona verilən şəhadətnamə ləğv edilib.
“Report” xəbər verir ki, bu barədə ADIF-in açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, bununla da Fonda üzv bankların sayı 31 olub. “Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən iştirakçı banklar birləşmə və yaxud qoşulma şəklində yenidən təşkil olunduqda əmanətçinin varis banka keçmiş hər bir əmanətinə müqavilə müddəti qurtaranadək ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/adif-atabank-ve-cdb-bank-in-birlesmesi-ile-bagli-aciqlama-yayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR