Bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatının 17-ci sammiti işə başlayır

Bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatının 17-ci sammiti işə başlayır
09:37 9 İyun 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

Astana. 9 iyun. REPORT.AZ/ Bu gün Qazaxıstan paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 17-ci sammiti keçiriləcək.
“Report”un Astanaya ezam edilmiş müxbirin məlumatına görə, sammitin işində təşkilata üzv dövlətlərin başçıları - Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Çin Xalq Respublikasının sədri Si Tszinpin, Qırğızıstan prezidenti Almazbek Atambayev, Rusiya prezidenti Vladimir Putin, Tacikistan prezidenti Emomali Raxmon, Özbəkistan prezidenti Şavkat Mirzieye,v habelə təşkilatın müşahidəçi dövlətləriin rəhbərləri - Əfqanıstan prezidenti Mohammad Əşrəf Qani, Belarus prezidenti Aleksandr Lukaşenko, Monqolustan prezidenti Tsaxiaqiyn Elbeqdorj və İranın xarici işlər nazirinin müavini İbrahim Rahimpurun iştirakı gözlənilir.
Dövlət başçıların görüşündə təhlükəsizlik, əməkdaşlığın genişləndirilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulub. 
Qeyd edək ki, ŞƏT 2001-ci ildə yaradılıb və təşkilata 8 dövlət – Qazaxıstan, Rusiya, Çin, Hindistan, Pakistan, Qırğızıstan, Tacıkistan və Özbəkistan üzvdür. Azərbaycan bu təşkilatda dialoq üzrə tərəfdaş rolunu oynayır. 
Bundan öncəki sammit ötən il iyunun 23-24-də Daşkənddə (Özbəkistan) keçirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/bu-gun-astanada-sanxay-emekdasliq-teskilatinin-17-ci-sammiti-ise-baslayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR