Hacıqabulda 10 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi davam edir

Hacıqabulda 10 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi davam edir
10:07 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ 19 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Hacıqabul rayonu Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər davam etdirilir.
"Report"un “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, əraziyə lazimi sayda texnika və canlı qüvvə cəlb olunub.
Uzunluğu 51,5 km olan yol 4-cü texniki dərəcəyə uyğun inşa olunur. Layihəyə uyğun yolun çiyinlərinin eni hər bir istiqamət üzrə eni 2 m və 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni isə 6 m təşkil edəcək.
Layihə çərçivəsində hazırda sözegedən avtomobil yolunda torpaq işləri aparılır, yol yatağıvə yol əsasıinşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri görülür. Yol geyiminin əsasının tikintisi işləriisəqum-çınqıl və optimal qırmadaş qarışığından aparılır. Buna paralel olaraq hazır olan hissələrə isə 2 qat olmaqla asfalt-beton örtük döşənir. Ümumilikdə isə 300 min m2 ərazinin asfaltlanması işləri aparılacaq.
Yolun Qarasu-Abdulabad-Kolanı kədlərini birləşdirən 12 km-lik hissəsində hazırda torpaq işləri görülür, yeni yol yatağı inşa olunur, Kolanlı-Talış kəndlərini birləşdirən 12-18 km-lik hissəsində isə asfaltlanma işləri görülür. Eyni zamanda suların ötürülməsi üçün 15 yerdə ümumi uzunluğu 300 metr və 1 metr diametrində olan dəmir-beton borular da quraşdırılır.
Yolun tikintisi yekunlaşandan sonrahərəkətin normal təşkili üçün zəruri olan yerlərdə təhlükəsizlik dirəkləri, yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, xətlənmə işləri aparılacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/haciqabulda-10-yasayis-menteqesini-birlesdiren-yolun-tikintisi-davam-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR