Balaxanı yolunda hərəkət məhdudlaşdırılır XƏRİTƏ

Balaxanı yolunda hərəkət məhdudlaşdırılır  XƏRİTƏ
10:22 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gündən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat-Maştağa yolu ilə kəsişməsindən Balaxanı qəsəbəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. 
"Azəravtoyol" ASC-dən "Report"a verilən məlumata görə, məhdudiyyət 2 gün ərzində qüvvədə olacaq.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur", - deyə məlumatda qeyd edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/balaxani-yolunda-hereket-mehdudlasdirilir-xeri-te

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR