Milli təhlükəsizlik müşaviri: "Pakistan Azərbaycanla münasibətlərə böyük önəm verir"

Milli təhlükəsizlik müşaviri: "Pakistan Azərbaycanla münasibətlərə böyük önəm verir"
10:27 9 İyun 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin milli təhlükəsizlik müşaviri, general-leytenant Nasser Cancua ilə görüşüb.
"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, İslamabadda baş tutan görüşdə tərəflər təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair müzakirələr aparıblar.
N.Cancua deyib ki, Pakistan Azərbaycanla münasibətlərə böyük önəm verir.
Öz növbəsində, azərbaycanlı diplomat ölkələrin bir-biri ilə səmimi bağlarını, əsas regional və beynəlxalq məsələlər üzrə oxşar baxışlarının olduğunu vurğulayıb. Ə.Əlizadənin sözlərinə görə, Azərbaycan Kəşmir məsələsində Pakistanın mövqeyini tam dəstəkləyir.
Hər iki tərəf ölkələr arasında artan ikitərəfli münasibətlərin səviyyəsi və məzmunundan məmnuniyyətini dilə gətirib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/milli-tehlukesizlik-musaviri-pakistan-azerbaycanla-munasibetlere-boyuk-onem-verir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR