Pakistan da Qətərə ordu göndərəcək

Pakistan da Qətərə ordu göndərəcək
10:42 9 İyun 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Qətərə hərbi kontingent göndərmək barədə qərarından sonra Pakistan da analoji qərar qəbul edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Pakistanın Qətərə 20 mindən çox hərbi qulluqçu göndərəcəyi gözlənilir.

Bu qərar Pakistan və Türkiyə arasında hərbi sahədə mövcud saziş çərçivəsində qəbul edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları, Mavrikiy və Seneqal da qoşulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/552687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR