Ərəb ölkələrindən Qətərə növbəti zərbə - “QARA SİYAHI”

Ərəb ölkələrindən Qətərə növbəti zərbə - “QARA SİYAHI”
10:43 9 İyun 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir Qətərlə bağlı birgə bəyanat yayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bəyanatda Qətərdəki 59 şəxs və 12 təşkilatın “terrorla əlaqəli” olduğu iddia edilib.

“Qara siyahı”ya daxil edilənlər arasında “Müsəlman Qardaşları” təşkilatının ruhani lideri Yusuf Əl- Karadavi də var.

Qeyd edək ki, bazar ertəsi Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan etdi. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya, Yəmən, Maldiv adaları, Mavrikiy və Mavritaniya Qətərlə diplomatik əlaqələrin dayandırdıqlarını açıqlayıb. Ölkələr həmçinin hava məkanlarını Qətər üçün bağlı elan ediblər.

Dünən isə Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini aşağı düşürüb. Seneqal Qətərdəki səfirini geri çağırıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR