Kamal Abdulla qaydaları dəyişdi - Narazı tələbələrlə bağlı islahatlar

Kamal Abdulla qaydaları dəyişdi - Narazı tələbələrlə bağlı islahatlar
10:47 9 İyun 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici Dillər Universitetində rektor təyin olunan Kamal Abdulla iclas keçirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, iclasda yeni qaydalar müəyyənləşib və rektor bəzi qərarlar verib.

Universitetdə qəbul edilmiş yeni qərarlar bundan ibarətdir:

- Yay məktəbi tam pulsuz olacaq;

- Apelyasiya imtahanlarında maksimum bal 2-dən 5-ə qaldırılacaq;

- İmtahan nəzarətçiləri fənn və ya fənnə yaxın müəllimlər olacaq;

- İmtahan nəzarətçiləri otaqda gəzməyəcək, tələbənin başının üstündə dayanmayacaq, yerində oturacaq;

- Çöldə əlavə nəzarətçilər olmayacaq, hər imtahan otağında bir nəzarətçi olacaq;

- Universitetdə kitabxana punktu yaradılacaq, tələbələr kitab üçün universitetin Təbriz küçəsindəki tədris binasına getməyəcək. Tələbə kitabın adını deyəcək və kitabxana əməkdaşları həmin kitabı gətirib verəcək;

- 4-cü kursda oxuyan oğlan tələbələrə əsgərlik probleminə görə kəsirlərində köməklik olunacaq;

- İslam oyunları könüllüləri üçün heç bir problem yaranmayacaq;

- Tələbənin üzrlü səbəbi olarsa, onun üçün imtahanın vaxtı dəyişdiriləcək;

- Təhsil haqqının ödənişi ilə bağlı çətinlik yaranarsa, rektora ərizə ilə bildiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/552697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR