Yanacaqdoldurma məntəqəsinə sərnişinlə girən sürücü işdən povuldu

Yanacaqdoldurma məntəqəsinə sərnişinlə girən sürücü işdən povuldu
10:49 9 İyun 2017
34 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakı Nəqliyyat Agentliyi yanacaqdoldurma məntəqəsinə sərnişinlə dolu avtobusla girən sürücünü işdən çıxarıb. .

 

Qurumdan Lent.az-a verilən məlumata görə, iyunun 2-də  BNA əməkdaşları tərəfindən 24 nömrəli müntəzəm marşrut üzrə fəaliyyət göstərən 90-OE-457 dövlət qeydiyyat nişanlı avtobusun sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması müəyyən edilib. Fakt dərhal nəzarətə götürülüb və avtobusun sürücüsü Füzuli Yolçıyev və daşıyıcı Bakı Nəqliyyat  Agentliyə çağırılıb, sürücünün izahatı alınıb. İyunun 8-də isə daşıyıcının müvafiq əmri ilə sürücü işində yol verdiyi nöqsanlara görə işdən azad olunub.

 

BNA həmçinin paytaxtın inzibati ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sahiblərinə məktub ünvanlayıb. Tövsiyə edilib ki, yanacaqdoldurma məntəqəsinin məsul şəxsləri də avtobusların sərnişinlə məntəqəyə daxil olmasına icazə verməməlidir.

 

Onu da qeyd edək ki, “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanunu 56-cı maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276551

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR